Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil edilib - Səfir

Hit: 207
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil edilib - Səfir

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil edilib.

Bunu Trend-ə Çexiya Respublikasının Azərbaycandakı səfiri Milan Ekert batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının başa çatmasından sonra deyib.

“Azərbaycanda gimnastika üzrə yarışlar yüksək səviyyədə keçirilir. Təşkilatçılar bu cür tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir və bu hiss olunur. Mən Azərbaycan tərəfinə qonaqlar üçün çox yaxşı çalışdığı üçün minnətdaram. Çex idmançılarının burada olacağını öyrənəndə çox sevindim”, - deyə Ekert bildirib.

Diplomat Dünya Kubokunun gedişini izləməyin çox maraqlı olduğunu deyib:

“İki yarış günü çox xoş keçdi. Azərbaycan gimnastı Mixail Malkinin necə çıxış etdiyini gördüm. Kubok ərəfəsində Mixail Malkin uşaqlarla görüşdü, onların arasında oğlumla da var idi. Oğlum burada yarışların keçiriləcəyini öyrənəndə onları ziyarət etməmiz lazım olduğunu dedi”, - deyə səfir bildirib.

Milan Ekert bu il Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə yarışların keçiriləcəyini vurğulayaraq, onları ziyarət etməyi nəzərdə tutduğunu deyib.

 

Qeyd edək ki, Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edib.

Azərbaycan təmsilçisi Mixail Malkin tamblinq yarışında gümüş medal qazanıb.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunub.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.









Redaktorun seçimi