4 rayon üzrə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb

Hit: 270
4 rayon üzrə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları  yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 17,1 km yeni qaz kəməri çəkilmiş, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 36,1 km qaz kəməri əsaslı təmir olunmuşdur. Cari ilin yanvar ayında Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə 1, Ağsu rayonu üzrə 5 və Şamaxı rayonu üzrə isə 2 olmaqla ümumilikdə 14  yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılmışdır. 









Redaktorun seçimi