Leyla Əliyeva psixonevroloji müəssisənin açılışında

Hit: 287
Leyla Əliyeva psixonevroloji müəssisənin açılışında

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 15-də paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Yaradılan şəraitlə tanış olan Leyla Əliyevaya məlumat verilib ki, yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb. Müəssisə əlilliyi olan şəxsləri qəbul edərək münasib yaşayış şəraiti ilə təmin etmək, abilitasiya və reabilitasiya xidmətlərini həyata keçirmək üzrə fəaliyyət göstərir. Buraya sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.

 



 








Redaktorun seçimi