"Azərbaycana ciddi turist axını olacağına şübhə yoxdur”

218 dəfə oxunub
"Azərbaycana ciddi turist axını olacağına şübhə yoxdur”

“İspaniyadakı əlaqələri sayəsində tezliklə bu ölkədən Azərbaycana ciddi turist axını olacağına şübhə yoxdur”.

Azərbaycan-İspanya Ticarət və Mədəniyyət Assossasiyası (ACAE) İspaniyadan Azərbaycana turist axınının çoxalması üçün ciddi addımlar atır. Minlərlə İspanya şirkətini tərkibinə üzv etməyə müvəffəq olmuş Azərbaycan-İspanya Ticarət və Mədəniyyət Assossasiyası (ACAE) İspaniyanın Basklar Ölkəsində fəaliyyət göstərən nüfuzlu iş adamları və dövlət məmurları üçün Azərbaycanın iqtistadi və turizm potensialı haqqında geniş təqdimat keçirib. Təqdimata 200-dən xox şirkət qatılıb. ACAE-nin baş katibi Raul İdigoras ispaniyalı iş adamlarına Azərbaycanda olan geniş iqtisadi imkanlar, iri miqyaslı layihələr və ölkəmizin turizm imkanları barədə geniş məlumat verib. Tədbir iştirakçılarına bildirilib ki, Azərbaycan hökuməti turizm sektorunun prioritet sahələrdən biri kimi elan edib. Hər il Azərbaycana gələn turistlərin sayı sürətlə artmaqdadır. Ölkədə buna uyğun infrastruktur sürətlə inkişaf edir. Ölkəmizdə hər il müxtəlif nüfuzlu idman və mədəniyyət tədbirlərinin keçirilməsi də turistlərin marağını artıran məqamlardandır. Məsələn Formula 1 üzrə Azərbaycan Qran-Prisi buna misal ola bilər. İspaniyalı iş adamları təqdimatı maraqla qarşılayıb, Azərbaycanın tezliklə ispaniyalı turistlərin sevimli istiqamətinə çevrilə biləcəyini bildiriblər. İspaniyada keçirilmiş bu geniş təqdimat haqqında həmin ölkənin mətbuatında da məqallır dərc olunub. ACAE-nin prezidenti Fərid Mustafayev bildirir ki, rəhbərlik etdiyi təşkilatın məqsədyönlü fəaliyyəti və İspaniyadakı əlaqələri sayəsində tezliklə bu ölkədən Azərbaycana ciddi turist axını olacağına şübhə yoxdur. Bunun üçün Azərbaycanın turizm imkanları geniş təbliğ olunur. Azərbaycan Diaspora Komitəsinin timsalında ACAE dövlət dəstəyini hiss edir və İspaniyadakı əlaqələriindən geniş istifadə etməklə fəaliyyət göstərməkdədir.

 



Redaktorun seçimi