Nazirləri “irəli aparan” nazirlər - Onlar kimdir?

178 dəfə oxunub
Nazirləri “irəli aparan” nazirlər - Onlar kimdir?
"Siyasətdə və biznesdə uğur qazanmaq üçün iki əsas yol var: Bunlardan biri təcrübə, digəri isə əlaqələrdir”. Dünya şöhrətli psixoloq Ziqmund Freyd iddia edir ki, bu iki keyfiyyətə cavab verən şəxslər uğurlu siyasətçi və biznesmen olurlar.
 
 
Heç şübhəsiz hazırda yüksək vəzifə daşıyan məmurların keçmişinə nəzər salsaq Freydin fikirlərinin təsadüf olmadığını görərik. Onların arasında vaxtilə digər qurumlarda nisbətən aşağı vəzifə tutan, zaman-zaman öz mövqeyini artıran məmurların sayı kifayət qədərdir.
 
AZXEBER.COM ölkənin müxtəlif sahələrinə rəhbərlik edən məmurların dövlət idarəçiliyinə gəlmə tarixi, onların inkişafında rolu olan məmurlarla bağlı araşdırma aparıb.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dövlət idarəçiliyinə gəlişində Milli Məclisin sədr müavini Valeh Ələsgərovun böyük əməyi olub. 19 yaşında Azərbaycan Dövlət Neft Şirkətinin Xarici İnvestisiyalar İdarəsinin böyük mütəxəssisi kimi işə başlayan S.Babayevin müdiri V.Ələsgərov olub. Sonradan həmin qurumda digər vəzifələrdə çalışan gələcək nazir yolunu Milli Məclisdən salmalı olur. Buna səbəb "SOCAR”da onun rəhbəri olan Valeh Ələsgərovun Milli Məclis sədrinin müavini seçilməsi olur. Gələcək nazir parlamentdə vitse-spikerin köməkçisi kimi fəaliyyətini davam etdirir.
 

 

Kənd təsərrüfatı naziri İnam Kərimovun dövlət məmuru kimi ilk işi Prezident Adminstrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsi olub. Ardınca bu şöbədə baş məsləhətçi postuna irəli çəkilən İ.Kərimov bu şöbədə böyük təcrübə qazanır. Heç şübhəsiz onun fərdi inkişafında həmin şöbənin müdiri Fuad Ələsgərovun mühüm rolu olur. Sonradan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi və "Asan Ximət”in rəhbəri olan İ.Kərimov cəmiyyət arasında böyük rəğbət qazanır. Həyata keçirdiyi çoxsaylı layihələr ictimaiyyət arasında maraqla qarşılanır.
 

Vergilər naziri Mikayıl Cabbarovun "parlaq dövrü” İqtisadi İnkişaf Nazirliyindən başlayır. Fərhad Əliyevin nazir olduğu dövrdə nazir müşaviri kimi fəaliyyətə başlayan M.Cabbarov sonradan nazirliyin tərkibində fəaliyyət göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) rəhbərlik edir. Ardınca İqtisadi İnkişaf nazirinin müavini işləyən Mikayıl Cabbarov Heydər Babayevin nazir təyinatından sonra bu nazirlikdə böyük uğurlar və təcrübə qazanır. Heydər Babayevin rəhbərliyi altındakı bu karyera uğurları onun işdən çıxarılması ilə sona yetir və M.Cabbarov da vəzifəsindən azad edilir.
 
Təhsil naziri Ceyhun Bayramov məmur kimi fəaliyyətə Mikayıl Cabbarovun himayəsi altında başlayıb. Məmur fəaliyyətinə qədər özəl şirkətlərdə çalışan C.Bayramovun M.Cabbarovla gənclik dostu olması onun işinə yarayır. Təhsil Nazirliyi aparatının rəhbəri təyin olunan Ceyhun Bayramov az keçmir ki, Təhsil nazirinin müavini postuna irəli çəkilir. Mikayıl Cabbarov Vergilər naziri təyin edildikdən sonra əvvəlcə nazir əvəzi, daha sonra isə nazir təyin edilir. Bir ilə yaxındır ki, bu vəzifədə çalışır.

 

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1999-cu ildə hazırda rəhbəri olduğu qurumda inspektor kimi fəaliyyətə başlayıb. O zamanlar Gömrük Komitəsinə rəhbərlik edən Kəmaləddin Heydərov S.Mehdiyevə xüsusi etimad göstərir. İnspektor qısa müddətə daha böyük vəzifələrə təyinat alır və K.Heydərov nazir təyin edildiyi dövrdə artıq Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi olur. 2004-2018-ci illərdə Komitənin sədr müavini işləyən Səfər Mehdiyevin adı ötən il Nazirlər Kabinetinin siyahısında yer alır. İnsaf naminə qeyd etmək lazımdır ki, S.Mehdiyevin sədr təyinatından sonra komitənin fəaliyyətində ciddi dönüş yaranır.
 

 

 


 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun məmur kimi inkişafında sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin xidmətləri olduğu heç kimə sirr deyil. Bu məqamda qeyd edək ki, onlar həmyelidir və hər ikisi Cəlilabad rayonundandır. F.Əliyev hələ Dövlət Əmlak Komitəsinin sədri oluğu dönəmlərdə K.Həsənov orada yüksək vəzifə tuturdu. 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsində çalışır. Fərhad Əliyev vəzifədən xaric edildikdən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri təyin olunur  və 13 ilə yaxındır ki, bu quruma rəhbərlik edir.
 

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov 1993-1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləsə də, sonradan işdən azad olunur. Ziya Məmmədovun nazir təyinatından sonra öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirən C.Qurbanov "Azəryolservis”in rəhbəri olduğu dövrlərdə məşhurlaşır. Z.Məmmədovun ən yaxın kadrlarından olan C.Qurbanovun keçmiş nazirlər hazırki münasibətlərinin səviyyəsi barədə dəqiq məlumatlara malik deyilik.
 



Redaktorun seçimi