Təhsil eksperti: "Vəziyyət nə qədər biabırçıdır ki, məktəb direktoru saçyolduya çıxıb"

142 dəfə oxunub
Təhsil eksperti: "Vəziyyət nə qədər biabırçıdır ki, məktəb direktoru saçyolduya çıxıb"

Ötən günlərdə sosial şəbəkələrdə məktəb direktoru ilə valideynin əlbəyaxa davasını əks etdirən video yayılıb. Hadisənin Gəncədə yerləşən 10 saylı orta məktəbdə baş verdiyi iddia olunur.

Təhsil eksperti Kamran Əsədov Facebook statusunda videoya münasibət bildirib: "Orta məktəb direktoru ilə valideynin saçyoldu videosunu izlədim. Həqiqətən də, çox biabırçılıqdır. Belə məktəb direktoru az deyil. Valideynlər, vətəndaşlarla düzgün münasibət qura bilməyən nə qədər savadsız (bu ifadə artıq rəsmi təsdiqini tapıb) müəllim, direktor var". 

Kamran Əsədov videodakı səsləri ironiya ilə Roma Opera Teatrındakı səslərlə müqayisə edib: "Əslində Olimpiya Komitəsi, Güləş,, Karate Federasiyasıları da yığma komandanın üzvlüyünə direktorlar arasından seçim edə bilər. O nə səs idi? Heç Roma Opera Teatrında belə səs yox idi. Həqiqətən də məktəblərimizdə “istedadlar” yatır. Gör vəziyyət nə qədər biabırçı səviyyədədir ki, məktəb direktoru saçyolduya çıxıb. Deyəsən çoxu məktəbi və məktəbdə olduğunu unudub".



Redaktorun seçimi