Bakı Avrasiya Universitetində “Açıq qapı” günü keçirilib - FOTOLAR
Bakı Avrasiya Universitetində qış imtahanı sessiyası ərəfəsində, yanvarın 22-də media mənsubları və valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Müxtəlif televiziya, qəzet, jurnal və sayt redaktorlarının iştirakı ilə baş tutan “Media tur” çərçivəsində qonaqlar imtahanların gedişi ilə yaxından tanış olublar. İmtahanın şəffaflığını yüksək qiymətləndirən qonaqlar imtahan gedişatında iştirak ediblər. BAU-nun kafedraları, fakültələri və dekanları haqqında qonaqlara ətraflı məlumat verilib.