Hava şəraiti ilə əlaqədar 41 nəfər sığınacağa yerləşdirildi

Hit: 244
Hava şəraiti ilə əlaqədar 41 nəfər sığınacağa yerləşdirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa soyuq hava ilə əlaqədar yerləşdirilmək üçün müraciətlər qeydə alınır.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, hazırda sığınacaqda 41 nəfər var:

“Soyuq hava şəraiti ilə bağlı gecə bir nəfər müraciət edib. Təxminən gecə saat 01:30 radələrində Nəsimi rayon ərazisində getməyə yeri olmadığı müəyyən edilən şəxs rayon polis əməkdaşları tərəfindən Sosial Sığınacağına gətirilib.

Üzərində heç bir sənəd olmayan və özünü Rasim Abdullayev kimi təqdim edən şəxs sığınacağa yerləşdirilib. Hazırda həmin şəxs müayinə olunması üçün səhiyyə müəssisəsinə yerlışdirilib”.

F.Talıbov bildirib ki, bu saatlarda daha 3 nəfərin sığınacağa yerləşdirilməsi barədə soğru daxil olub.

“Lakin həmin şəxslər hələ ki, sığınacağa gətirilməyib. Azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş sığınacağa da soyuq hava şəraiti ilə bağlı müraciət olmayıb”.

Xatırladaq ki, ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Fondun həm 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağı, həm də Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi gücləndirilmiş iş rejimində işləyirlər. Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq həmin müəssisələrdə yerləşdiriləcəklər. Sığınacaqlarla əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66.









Redaktorun seçimi