Vəzifəsi artan Zaur efirdə olduğunu unutdu - Aparıcıdan QALMAQALLI ADDIM - FOTO

Hit: 437
Vəzifəsi artan Zaur efirdə olduğunu unutdu - Aparıcıdan QALMAQALLI ADDIM - FOTO

Aparıcı Zaur Kamal "5/5"in canlı yayımında növbəti qalmaqallı hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, aparıcı verilişində qonaq olan rəqqasə Renkanın piton ilanını götürərək operatora hücum edib. Çəkilişi unudan telekanal əməkdaşı qorxusundan qaçmağa məcbur olub. Onun "Bəsdir, Zaur" ifadəsi aparıcını inadından döndərməyib. Operator "İyrənirəm" dedikdən sonra aparıcı ondan əl çəkib.

Zaur bununla da kifayətlənməyib. O, bu dəfə saz ifaçısı Aqşini hədəf alıb. Musiqiçi Zaurun ilanla onun üzərinə gəldiyini görüncə studiyadan saz qarışıq qaçıb.

 

Qeyd edək ki, Zaur Kamal ötən ilin sonunda "Xəzər FM" və "100.5 FM" radiosunun direktoru təyin edilib.

Bu da verilişdən sözügedən kadrlar:









Redaktorun seçimi