Millət vəkili Nəsimi ilə bağlı 2 MARAQLI FAKTI AÇDI: Heydər Əliyev məzarı ziyarət edir və...

253 dəfə oxunub
Millət vəkili Nəsimi ilə bağlı 2 MARAQLI FAKTI AÇDI: Heydər Əliyev məzarı ziyarət edir və...

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda "Nəsimi İli" elan edilməsi ilə bağlı sərəncam imzaladı.

Publika.az-a Prezidentin bu addımını şərh edən millət vəkili, professor Musa Qasımlı bir sıra məqamlara toxunub. Görkəmli alim bunları deyib: "Cənab Prezidentimiz İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamda belə bir bir cümlə var:

"Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur".

Bununla əlaqədar olaraq iki tarixi faktın maraqlı olacağına əminəm:

Birincisi, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Azərbaycan rəhbərini Hələbə gətirirlər və növbəti gün oteldə bir neçə saat gözlədirlər. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət, məzarı tapırlar, qaydaya salırlar və hətta məzara xidmət edən şəxs də ayırırlar. Ondan sonra Heydər Əliyev məzarı ziyarət edir. Bakıya döndükdən sonra Nəsiminin tanıdılması, 600 illik yubileyinin keçirilməsi və kinofilmin çəkilişi üçün tapşırıqlar verir və müvafiq qərarlar qəbul edilir. Bu barədə arxivlərimizdə çoxlu maraqlı materiallar vardır.

İkincisi, söyləyəcəyim fakt İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi və abidənin qoyulması yolunda olan maneələrin Heydər Əliyev tərəfindən qətiyyətlə aradan qaldırılması ilə bağlıdır. Bununla bağlı olaraq Azərbaycan SSR Ali Sovetinin deputatı, xalq yazıçısı Mirzə İbrahimov Ali Sovetin 1978-ci il dekabrın 15-də açılan IX sessiyasında deyirdi:

"... Heydər Əliyev yoldaşın əməyi, zəhməti, onun ilhamlı fəaliyyəti respublikamızın şərəfini artırıb, Azərbaycan torpağının şərəfini, şöhrətini artırıb... Mən 50 ilə yaxın partiya təşkilatı işlərində işləyirəm. Çox dramatik hadisələrin, partiya həyatımızın tarixində çox fərəhli hadisələrin şahidi olmuşam. Mən deyə bilərəm ki, bu illər ərzində ədəbiyyatımız üçün, mədəniyyətimiz üçün çox çətinliklə həll etdiyimiz məsələlər Heydər Əliyevin dövründə çox asanlıqla, çoz ləzzətlə bizim üçün həll olunur. Mən sizə bir misal gətirmək istəyirəm. Biz Nəsiminin yubileyinə hazırlaşırdıq. Bilirsiz ki, Nəsimi Azərbaycan xalqının 600 il əvvəl feodalizm əsarəti zülmü içərisində xalqın iradəsini ifadə edən bir şəxsdir. Ancaq Nəsimi öz dövrünün övladı olaraq ziddiyyətlərə malikdir. Onun bəzi ziddiyyətlərindən istifadə edərək, ona qarşı bərk etiraz edənlərə rast gəldik və mən bir məktub almışdım, orada Nəsimiyə qarşı böyük etiraz var idi. Mənim o zaman ürəyim titrədi, görəsən Nəsiminin yubileyini batıracayıq, yoxsa keçirəcəyik. Lakin sevimli oğlumuz Heydər Əliyev yoldaş sinəsini qabağa verərək Nəsiminin heykəlini ucaltdı.

Yoldaşlar, biz partiya və siyasi cəhətdən mürəkkəb respublikadayıq. Bu respublikada sükanı düz xətlə irəli aparmaq böyük istedad tələb edir."



Redaktorun seçimi