Lənkəranda çayın yatağı qazılır - sakinlər narahatdır - VİDEO

191 dəfə oxunub
Lənkəranda çayın yatağı qazılır - sakinlər narahatdır - VİDEO

Lənkəranda çayın yatağı qazılaraq daşınır.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Lənkəranın Daşdatük kəndindən gedir.

Kənd ərazisində "Lənkəran Yol Tikinti" ASC-yə məxsus karxana fəaliyyət göstərir. Sakinlərin sözlərinə görə, gün ərzində Lənkərançaydan 50-dən artıq iri tonnajlı maşınla çınqıl daşınır. Bu səbəbdən də orada iri yarğanlar əmələ gəlib. Çay isə ildən-ilə genişlənərək ətrafdakı evlərə təhlükə yaradır.

Kənd sakinlərinin sözlərinə görə, çayın qazılması şirin su mənbələrinin azalmasına da səbəb olur. Çay qazılaraq dərinləşdikcə ərazidəki şirin su qatının səviyyəsi aşağı düşür.

Məsələ ilə bağlı "Lənkəran Yol Tikinti " ASC-dən bildirildi ki, burada iş qanuni şəkildə aparılır. Lənkəran Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə sözügedən 4 hektarlıq ərazi 2013-cü ildən onlara 50 illik müddətə icarəyə verilib.

Sədr onu da qeyd etdi ki, layihədən kənara çıxma hallarına yol verilməməsi üçün aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır.



Redaktorun seçimi