"2018-ci il ölkəmiz üçün uğurlu oldu" - Millət vəkili

193 dəfə oxunub
"2018-ci il ölkəmiz üçün uğurlu oldu" - Millət vəkili

2018-ci il ölkəmiz üçün uğurlu il oldu. Ən böyük siyasi nailiyyətimiz isə ötən ilin aprel ayında Azərbaycan xalqının İlham Əliyevin yenidən Prezident seçilməsi üçün səs verməsi oldu.

Faktor.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili vurğulayıb ki, seçkinin nəticəsində Azərbaycan xalqı bir daha Heydər Əliyev siyasətinin bundan sonra uzun illər davam etdirilməsinin tərəfdarı olduğunu bildirdi:

“İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə bütün sahələrdə Azərbaycanın naliyyətlər əldə etdiyinin şahidi olduq. 2018-ci ildə bir çox iqtisadi naliyyətlər əldə edildi. Həmçinin ötən il böyük islahatlar ili kimi yadda qaldı. Təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanı dünyanın ən çox islahat aparan ölkəsi kimi dəyərləndirdi. Bu həm struktur islahatları, həm qanunvericilik bazasında köklü dəyişiklik, idarəetməni əhatə edən bütün sahələrdəki böyük elmi əsaslara, təhlil və təcrübəyə söykənən islahatların nəticəsi idi. Nəticədə Azərbaycan iqtisadi baxımdan nailiyyətlər əldə etdi. Xüsusilə də, qeyri-neft sektorunda əldə edilən uğurları vurğulamaq lazımdır. Həmçinin özəl sektor, kiçik və orta sahibkarlığın inkişafı, vergi, gömrük istiqamətində böyük islahatlar həyata keçirildi. 2018-ci il bütün iqtisadi sferanı əhatə edən islahatlar ili kimi yadda qaldı. Nailiyyətlərimizin kökündə aparılan bu islahatlar, Prezident İlham Əliyevin qətiyyətli addımları, uzaqgörən siyasəti, prinsipiallığı durur”.



Redaktorun seçimi