Toydan sonra atəşfəşanlığa icazə varmı? - VİDEO

Hit: 276
Toydan sonra atəşfəşanlığa icazə varmı? - VİDEO

Hər kəs toy gününü müxtəlif formada qeyd etməyə çalışır. Bəzi insanlar da var ki, toydan sonra şadlıq sarayında atəşfəşanlıqla həmin günü tarixin yaddaşına həkk etmək istəyir. Amma bundan narahat olanlar da var.

Oxu.Az-ın xəbərinə görə, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Bəzi şadlıq saraylarında toydan sonra atəşfəşanlıq edilir. Üstəlik, bu, gecə saat 00:00-dan sonra baş verdiyindən insanların istirahəti pozulur.

 

Bu cür atəşfəşanlıq, səs-küy qanunla qadağan edilsə də, demək olar ki, hər gün təkrarlanır.

Hüquqşünaslar bu halın İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə tənzimləndiyini və gecə vaxtı insanların istirahət hüququnu pozanların böyük məbləğdə cərimələnməli olduğunu bildirirlər.









Redaktorun seçimi