Qarabağda erməni əsgər minaya düşdü

Hit: 286
Qarabağda erməni əsgər minaya düşdü

Erməni işğalçı ordusunun əsgəri Gevorq Ovanisyan Qarabağda minaya düşüb.

Faktor.az xəbər verir ki, yaralı əsgər Ermənistan DİN-in Yerevandakı Mərkəzi Klinik xəstəxanasına çatdırılıb.

Hərbi hospitaldan bildirilib ki, hərbçinin sol ayaq pəncəsi və sifətinin sol yarısı yaralanıb. Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Xatırladaq ki, bu gün gözündən güllə yarası alan sıravı Rafik Vaqanyan işğal edilmiş Qarabağdan İrəvana çatdırılıb.

Qeyd edək ki, son üç gün ərzində Qarabağdan İrəvan hospitalına dörd yaralı erməni hərbçisi çatdırılıb.









Redaktorun seçimi