Azərbaycan əhalisinin son sayı açıqlandı

Hit: 338
Azərbaycan əhalisinin son sayı açıqlandı

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 69 645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə 9 967 730 nəfərə çatıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.









Redaktorun seçimi