Kanadada azərbaycanlılar petisiya başlatdı - İmzalayın, qondarma "DQR"-nın bayraqları endirilsin!

Hit: 608
Kanadada azərbaycanlılar petisiya başlatdı - İmzalayın, qondarma "DQR"-nın bayraqları endirilsin!

Kanadada yaşayan azərbaycanlılar etiraz edir.

Kanada Azərbaycan Təşkilatları Assambleyası və Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyəti paytaxt Toronto şəhərinin Skarboro rayonunun mərkəzində yerləşən erməni kilsəsinin və erməni gənclər evinin qarşısında Kanadanın dövlət bayrağı ilə yanaşı, Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz yaradılmış qondarma rejimin də bayrağının asılması ilə əlaqədar yerli qurumlara etiraz bəyanatları ünvanlayıb.

Bundan başqa, sözügedən ölkədə yaşayan soydaşlarımız bayraqların götürülməsi ilə bağlı Petisiya başladıblar. Sosial şəbəkələrdə başladılan səsvermə aksiyasında məqsəd Azərbaycan ərazilərinin zəbt edən qondarma rejimin bayraqlarını həmin ərazilərdən endirilməsidir.

Erməni təxribatının qarşısının alınması ilə bağlı Kanada Azərbaycan Təşkilatları Assambleyasına daxil olan 16 diaspor təşkilatının imzaladığı etiraz məktubu Toronto şəhər meri Mayor Con Tori, şəhər müşaviriŞelley Karol, Parlamentin üzvü, Kanadanın İrsi və Multikulturalizm naziri Pablo Rodrigez və digər məsul şəxslərə, eləcə də qurumlara göndərilib.

Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir ki, Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış qondarma rejimin də bayrağının asılması beynəlxalq hüquq və prinsiplərin, xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və beynəlxalq təşkilatların hazırladığı digər sənədlərdə göstərilmiş qaydaların pozulması deməkdir.

Xarici İşlər Nazirliyi də bu məsələni gündəmdə saxladığını və Diaspor Komitəsi ilə birgə addım atdıqlarını bildirib. Petisiyaya siz də qoşulun:

Petisiyaya siz də qoşulun:

 
 
 
 








Redaktorun seçimi