Azərbaycanda avtomobillərin bahalaşması sürətlənəcək - Hansında və nə qədər?

Hit: 215
Azərbaycanda avtomobillərin bahalaşması sürətlənəcək - Hansında və nə qədər?

Gələn il avtomobillərin qiymətindəki artım sürətlənəcək. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri gələn il yanvarın 1-dən etibarən artırılacaq.

Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomillərin idxalına tətbiq edilən aksiz vergisi artırılması nəzərdə tutulub: "Avtomobillərin mühərrikin həcmi 2000 kub.sm-dək olduqda mühərrikin həcminin hər kub.sm-ə görə aksiz vergisi 0,20 manatdan 0,30 manatadək yüksəldilib. Bu göstərici 3000 kub.sm-dək olan avtomobillər üçün əvvəllət 400 manat + mühərrikin həcminin 2001- 3000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə isə 3 manat idisə gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq. Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur. Dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq, artıq avtomobil bazarında qiymət artımları müşahidə edilir.

 

Ekspert qeyd edib ki, mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da, belə kiçik mühərrikli avtomobillərin idxalındakı vergiləri yüksəldilməsi izah edilən deyil: "Avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər. Buna görə də mühərrikin həcmi 2000 kub.sm-dək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi. Eyni zamanda gücü 3000 kub.sm-dək olan avtomobillərdə vergi artımı da cüzi olması məqsədəuyğun idi".

V.Bayramov hesab edir ki, bütövlükdə gələn il, xüsusən, yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir.









Redaktorun seçimi