Köməksiz vəziyyətdə qalmış 3 nəfər xilas edilib

Hit: 323
Köməksiz vəziyyətdə qalmış 3 nəfər xilas edilib

Astarada qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.

Xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.









Redaktorun seçimi