Azərbaycanda bu televiziyanın kollektivi İSTEFA VERDİ...

Hit: 329
Azərbaycanda bu televiziyanın kollektivi İSTEFA VERDİ...

CVN internet televiziyasının 8 əməkdaşı işdən ayrılıb.

Faktor.az xəbər verir ki, bu sözləri televiziyasının əməkdaşı Günel Xəzəl sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, baş prodüserin əməkdaşlarla qeyri-insani rəftarı onları cana doydurub:

"Dünən CVN (Cavan) televiziyasının mən də daxil olmaqla, 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk etdik. Buna səbəb baş prodüser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub".

Kanalın əməkdaşı bildirib ki, oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib. (publika.az)









Redaktorun seçimi