Jurnalistlər ağac əkdilər

Hit: 223
Jurnalistlər ağac əkdilər

Ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına jurnalistlər də qoşulub.

Aksiya zamanı jurnalistlərin yaşadığı binanın ətrafında ETSN-nin əməkdaşlarının və jurnalistlərin iştirakı ilə 200-dən çox müxtəlif cinsli ağac tingi əkilib.

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azəryaşlandşaft" ASC-nin və Meşələrin inkişafı departamentinin tinglik sahələrində yetişdirilib.

 

 









Redaktorun seçimi