Şəhid ailələrinə pul paylamaq istəyən Füzuli Məmmədova deputatlardan CAVAB

Hit: 691
Şəhid ailələrinə pul paylamaq istəyən Füzuli Məmmədova deputatlardan CAVAB

Şəhid ailəsinin təminatını kiminsə üzərinə götürmək istəyi meydana çıxırsa, bu elə bir səviyyədə reallaşdırılmalıdır ki, dövlətin guya bunu etmədiyi nəticəsini doğurmasın”
 

Sfera.az-a açıqlamasında bu sözləri iş adamı Füzuli Məmmədovun dövlətin öz öhdəliklərini guya vaxtında yerinə yetirə bilmədiyini əldə bayraq edərək, 100 şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazır olduğunu deməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Zahid Oruc deyib:
"Kimsə şəhid ailəsinə yardım edirsə, bu alqışlanılası hadisədir. Ümumən Azərbaycanda rütbəsindən, sosial mənşəyindən, idarəetmə orqanlarında çalışıb-çalışmamalarından asılı olmayaraq, hər bir kəs istər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həyatını itirən insanların ailə üzvləri hamı tərəfindən yüksək dəyər alsın. Bəlli faktdır ki, dövlətimiz Ulu Öldər Heydər Əliyev zamanında müharibə dövründə belə qeyd etdiyimiz təbəqədən olan insanları həmişə yüksək tutub, onların və ailə üzvlərinin maddi-mənəvi qayğılarını daşımağa çalışıb. O illərdə Heydər Əliyev bir çox ailələri şəxsən ziyarət edib. Bundan əvvəlki liderlərin heç birinin timsalında bunun şahidi olmamışıq. Yaxşı xatırlayıram ki, baş nazirin müavini İzzət Rüstəmovun vəzifəyə təyinatı məhz övladının şəhid olması amililə bağlı idi.
 
Bundan sonrakı illərdə də torpaq bütövlüyü uğrunda mübarizə aparan insanları bu və ya digər siyasi cinah və cəbhələrə çəkməyə cəhdlər olub. Həmçinin qeyd etdiyiniz kimi bu yardımları əldə bayraq edərək, onu siyasiləşdirən və prosesdən kapital qazanmaq istəyənləri də görmüşük. Digərləri də dediyiniz insanların problemləri üzərindən xal qazanmağa çalışırlar. Bəzən acınacaqlı şəraitdə olan hər hansı bir insanı tapıb, on illər ərzində dövlətin minlərlə insana mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi evləri danmaq, bu tədbirləri  inkar etmək mövqeyi sərgiləyirlər. Şübhəsiz ki, şəhid ailələrinə dövlət rəhbəri tərəfindən aprelin 19-da verilən məlum sərəncam müqəddəs mahiyyət daşıyır. Çünki gerçəkdən keçən əsrin 80-ci illərin sonu, 90-cı illərin ortalarında baş vermiş hadisələr zamanı dövlətin öhdəliyinin məhz indi yerinə yetirilməsi özəlliklə mənəvi əhəmiyət kəsb edir. Buna görə də şəhid ailəsinin təminatını kiminsə üzərinə götürmək istəyi meydana çıxırsa, bu elə bir səviyyədə reallaşdırılmalıdır ki, dövlətin guya bunu etmədiyi nəticəni doğurmasın.
 

Bu il üçün 58, gələn ilki büdcədə isə həmin məsələ üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. İlin sonuna qədər sözügedən istiqamətdə aparılan araşdırmalar yubanarsa, növbəti ildə həmin vəsaitlər son nəfərinə qədər nəzərdə tutulan insanlara birmənalı olaraq ödəniləcək. Belə olan təqdirdə, hər hansı bir hərəkət elə bir kontekstdə baş verməlidir ki, bu halda məram xoş olsun, nəticəsi gerçəkdən hamı tərəfdən qəbul edilsin, gələcəkdə nümunəyə çevrilsin. İnsanların şəhid ailələrinə köməyi dəyirsə və onun  alt qatında başqa istehlakçı maraqları gizlənmirsə, onu hər kəs müdafiə etməyə çalışmalıdır”.
 
Milli Məclisin deputatı Tahir Kərimli də qeyd etdi ki, F. Məmmədov etmək istədiyi xeyirxah işi, guya bunu dövlətin əvəzinə gördüyü kimi yozmamalıdır: 
 

"Füzuli Məmmədovun 100 şəhid ailəsinə 11 min manat vermək istəyini müsbət qarşılayır və başqa insanlar üçün nümunə hesab edirəm. Ancaq onu da bilməliyik ki, dövlətimiz şəhid ailələrinə yardım etmək üçün hər çür imkanlara malikdir və cənab Prezident tərəfindən həmin istiqamət üzrə kifayət qədər vəsait ayrılır.
 
Bu mənada Füzuli Məmmədov etmək niyyətində olduğu xeyirxah işi elə təqdim etməməlidir ki, guya bunu dövlətin əvəzinə edir. Onsuz da F. Məmmədov həmin insanlara 11 min manat versə də, verməsə də, dövlət öz üzərinə düşən öhdəliyi yerinə yetirəcək. O şəhid ailələrilə bağlı xeyirxah iş görə bilər, amma bu heç bir halda dövlətin ödədiyi vəsaitlərə aid olmamalıdır. Çünki bu cəmiyyətdə dövlətimiz haqqında guya üzərinə düşən öhdəliyi əməl etməməyə çalışması fikrinin formalaşmasına rəvac verə bilər. Dövlətimiz heç zaman bizi darda qoymayacaq”.
 
Qeyd edək ki, oktyabr ayının ortalarında bir sıra şəhid ailələri  etiraz aksiyaları təşkil edərək özlərinə düşən təzminatın ödənilməməsindən şikayət ediblər. Bu fonda iş adamı Füzuli Məmmədov meydana çıxaraq, 100 şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazır olduğunu bildirib. Lakin iş adamı bilərəkdən, ya da bilməyərək öz niyyətini elə təqdim edib ki, sanki Azərbaycan dövləti Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinə yardım etmək istəmir, yaxud da guya buna imkanı yoxdur:
 
"Əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə iş adamları, o cümlədən diaspor nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər. Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır”.








Redaktorun seçimi