Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait 100 dəfə artıb

Hit: 275
Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait 100 dəfə artıb

Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artıb.

Bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Azərbaycan gənc ölkədir: “Əhalinin 60 faizi 30 yaşdan aşağıdır. Ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Bütün bunlar gənclərə olan diqqətin göstəricisidir”.

A.Rəhimov vurğulayıb ki, son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə 300-dən çox gənclərlə bağlılığı olan qeyri-hökumət təşkilatı var: “Ölkədə gənc sahibkarlar dəstəklənir, gənclərin öz biznesini yaratmasına şərait yaradılır. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatlarda təmsil olunur”. (trend)









Redaktorun seçimi