Spiker: Sənədlərdə qoşunların Azərbaycandan çıxarılması tələb edilir

Hit: 206
Spiker: Sənədlərdə qoşunların Azərbaycandan çıxarılması tələb edilir

Gənclər Azərbaycan parlamentində də önəmli mövqelərə malikdir. Onlar qanunvericilik və qanunyaratma prosesi ilə bağlı gündəlik işlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yaxından iştirak edirlər.

Həmçinin, onlar Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizinin işğal edilməsi, bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə məlumatları xarici ölkələrdən olan həmkarlarına çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər. 

Oxu.Az-ın xəbərinə görə, bunu spiker Oqtay Əsədov Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında deyib.

“Yeri gəlmişkən, qeyd edim ki, beynəlxalq təşkilatlar bu münaqişəyə həsr edilmiş bütün qərarlarında Azərbaycan ərazilərinin işğalına son qoyulması zərurətinə istinad edirlər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə, eləcə də, 2008-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.

Bu sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib”, - deyən parlament sədri vurğulayıb ki, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və İslam Əməkdaşlığı Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər.









Redaktorun seçimi