Qurban Qurbanov erməni azarkeş barədə: Yalnız qorxaqlar belə edirlər - VİDEO

Hit: 342
Qurban Qurbanov erməni azarkeş barədə: Yalnız qorxaqlar belə edirlər - VİDEO

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda “Arsenal”a 0:1 uduzduğu görüşün son dəqiqələrində xoşagəlməz hadisə ilə üzləşib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə meydançaya çıxıb və “Qarabağ”ın futbolçuları tərəfə qaçıb. 

Belə ki, həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə meydana çıxıb.

 

Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov bu barədə verilən suala belə cavab verib:

“Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı. Yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”.

 

 

 

 

BUNU DA İZLƏ:









Redaktorun seçimi