Bakının məşhur parkı təmirə bağlanır

Hit: 373
Bakının məşhur parkı təmirə bağlanır

Paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk parkı təmir olunur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, park böyük bir şəxsiyyətin adını daşısa da, hazırda parkda yaranan şərait heç kimi qane etmir. Vətəndaşlardan da quruma daxil olan təklif və müraciətlər nəzərə alınaraq parkın müasir tələblərə uyğun yenindən qurulması üçün layihə hazırlanır:

“Layihənin hazırlıq dövrü olaraq hazırda parkda yerləşən müvəqqəti obyektlər sökülür, rekonstruksiya işlərinin aparılması ilə əlaqədar ilkin hazırlıqlar görülür. 

Parkda yerləşən obyektlərin bir çoxunun çıxarışı var və onların fəaliyyətinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq. Ancaq müvəqqəti fəaliyyət göstərən obyektlər artıq sökülür. Layihə sənədləri təsdiq olunan kimi parkda işlərə başlanılacaq. Qısa müddət ərzində parkın təmir olunaraq sakinlərin ixtiyarına verilməsi gözlənilir”. 

Yolun digər tərəfində yerləşən və uzun müddətdir ki, təmirə bağlanmış Ayna Sultanova parkı ilə bağlı sualımıza qurumdan cavab olaraq bildirilib ki, sözügedən parkda Binəqədi İcra hakimiyyəti tərəfindən yenidənqurma işləri aparılır və mövcud layihə ilə hər hansı bir əlaqəsi yoxdur.









Redaktorun seçimi