Millimizin futbolçusu şirniyyat aldığı üçün cəzalanıb

Hit: 160
Millimizin futbolçusu şirniyyat aldığı üçün cəzalanıb

Millimizin futbolçusu Ruslan Qurbanov cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Qəbələ” ilə qolsuz başa çatmış Premyer Liqa oyunundan sonra futbolçu barədə bunları bildirib: 

“Hər oyundan bir gün qabaq toplaşırıq. Ruslan Qurbanov bazanı icazəsiz tərk etdiyi üçün cəzalanıb və əvəzedici heyətə göndərmişik. Onun istəyi ilə deyil, lazım gəlsə, əvəzedici heyətdə oynayacaq”.

 

Ancaq “Səbail”in ikinci komandasının I divizionda “Turan Tovuz”u yendiyi (4:1) görüşdə Ruslan meydanda olmayıb. Futbolçu isə Qol.az-a açıqlamasında şirniyyat almaq üçün bazaya getdiyini bildirib:

“İyirmi dəqiqəlik marketə getmişdim ki, özümə şirniyyat alım. Bu, bazadan yüz metr aralıda yerləşir. Məndən öncə də uşaqlar getmişdilər, amma heç nə olmamışdı. 10:40-da bazadan çıxdım, 11:00-da qayıtdım. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Əvəzedici komandaya gedib, məşqlərimi orada edəcəyəm”.









Redaktorun seçimi