Məktəblilər Bilik Evinin qonağı olublar

Hit: 172
Məktəblilər Bilik Evinin qonağı olublar
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağstafa Regional Bilik Evində fəaliyyət göstərən “Toxuçuluq” dərnəyi bölgədəki məktəblilərin marağına səbəb olub. Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Bilik Evində xalça toxuyan dərnək üzvlərinin təlim prosesini izləyiblər.
 
Ağstafa Regional Bilik Evinin müdiri Leyla İsayeva qonaqlara Bilik Fondunun fəaliyyəti, maarifləndirmə istiqamətində həyata keçirilən layihə və tədbirlərdən danışıb, ümumilikdə, respublikanın müxtəlif bölgələrində yaradılmış Bilik evləri, orada təşkil edilən təlim kursları və dərnəklər barədə ətraflı məlumat verib.
 
“Toxuculuq” dərnəyinin təlimçisi Maisə Eyyubova xalçaçılıq sənətinin tarixi, milli xalçalarımız haqqında məktəblilərə məlumat verib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

 









Redaktorun seçimi