Bu şəxslərin maaşı artdı

Hit: 1403
Bu şəxslərin maaşı artdı
Bütün sahələrdə olduğu "BakuBus” MMC-də çalışan avtobus sürücülərinin sosial-rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir.
 
Bakı Nəqliyyat Agentliyinin(BNA) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin xüsusi qayğısı sayəsində son üç ildə "BakuBus” MMC-də çalışan sürücülərin də sosial-müdaifəsi ilə bağlı müxtəlif tədbilər reallaşdırılıb.
 
 Bu tədbirlərin davamı olaraq 1 dekabrdan etibarən "BakuBus” MMC-də çalışan sürücülərin aylıq əmək haqları orta hesabla 10 faiz artırılıb. Məqsəd, sürücülərin maddi rifah halını daha da yaxşılaşdırmaq, həmçinin, onların işə daha məsuliyyətlə yanaşmasına nail olmaq və avtobuslarda əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.
 
Qeyd edək ki, sürücülər "BakuBus” MMC-də gün ərzində növbəli iş qrafiki üzrə çalışırlar. Məlumat üçün bildiririk ki, "BakuBus" MMC tərəfindən sürücü vəzifəsinə növbəti işə qəbul elan olunub. İş üçün "D” kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar "BakuBus" MMC-yə müraciət edə bilərlər. Vətəndaşlara işə qəbul barədə ətraflı məlumat almaq üçün (012) 404-11-10 telefon nömrəsinə zəng etmək tövsiyə olunur.








Redaktorun seçimi