Dərmanların istehsalı və satışı ilə bağlı cərimələr sərtləşdirilir
İnzibati Xətalar Məcəlləsində dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı 221-ci maddəyə bir sıra əlavələr nəzərdə tutulur.
Faktor.az xəbər verir ki, əlavələrə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə edilir.
Qeyd olunan xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilir.
Bu xəta təkrar törədildikdə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə edilir.