Səyyar “ASAN Kommunal” Bilgəhdə

Hit: 354
Səyyar “ASAN Kommunal” Bilgəhdə

Dekabrın 8-dən 29-dək Səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bilgəh qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smartkartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar “ASAN xidmət” həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsidir. Bundan əlavə, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və əhali məmnunluğuna nail olmaq da bu fəaliyyətin əsas prinsiplərindən biridir.

“ASAN xidmət”in fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 Çağrı Mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.









Redaktorun seçimi