Coşqunun ölüm xəbəri yayıldı - AÇIQLAMA

1125 dəfə oxunub
Coşqunun ölüm xəbəri yayıldı - AÇIQLAMA

"Bu şəhərdə" komandasının sevilən aktyoru, əməkdar artist Coşqun Rəhimov haqda xoşagəlməz xəbərlər yayılıb.

Bu gün sosial şəbəkədə Coşqununu dünyasını dəyişdiyinə dair şayiələr gündəmə çevrilib.

Məsələylə bağlı Open.az-a danışan Rəhimov yayılan bu söz-söhbətin əsassız olduğunu vurğulayaraq, belə mövzulara artıq fikir vermədiyini dilə gətirib.

"Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Axırda öldü deyə-deyə məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir".



Redaktorun seçimi