Avtovağzala yeni mətbuat katibi təyin edildi

24 dəfə oxunub
Avtovağzala yeni mətbuat katibi təyin edildi

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub.

Modern.az xəbər verir ki, bu vəzifəyə Pərvin Məmmədova gətirilib. Bu gündən vəzifəsinin icrasına başlayan Pərvin Məmmədova Modern.az-a təyinatını təsdiqləyib.

P.Məmmədova bu təyinatadək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı olub.

Qeyd edək ki, bundan əvvəl qurumun mətbuat katibi Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinə təyinat aldığından, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi vəzifəsi boş qalmışdı.



Redaktorun seçimi