Qarabağ Regional Bilik Evi məktəblilərlə mütəxəssisləri görüşdürdü

23 dəfə oxunub
Qarabağ Regional Bilik Evi məktəblilərlə mütəxəssisləri görüşdürdü

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Tərtər şəhər 1 nömrəli orta məktəbdə bölgənin yuxarı sinif şagirdlərinin Tərtər Rayon Məşğulluq İdarəsinin əməkdaşları ilə peşə seçimi mövzusunda görüşü keçirilib.

 
Fondun Qarabağ Regional Bilik Evinin təşkilatçılığı ilə keçirilən görüşdə qurumun maarifləndirmə istiqamətində həyata keçirdiyi proqram və layihələr haqqında məlumat verilib.
 
Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mütəxəssisi Rəşad Əsgərov çıxış edərək, peşə seçimini şərtləndirən əsas amillərdən danışıb və bu yolda məktəblilərə uğurlar arzulayıb.
 
Tərtər Rayon Məşğulluq Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun müdiri Elxan Bağırov və sektorun aparıcı məsləhətçisi Qədir Ələkbərov ölkəmizdə gənclərə olan diqqət və qayğıdan bəhs ediblər.
 
Sonda Nazirliyin təlimçisi Tünzalə Hacıyeva peşə yönümü ilə əlaqədar şagirdlərə təlim keçib, onları maraqlandıran sualları cavablandırıb.

 



Redaktorun seçimi