Bu da nazirliyin yeni loqosu - Saytın adı da dəyişdi - FOTOLAR

Hit: 816
Bu da nazirliyin yeni loqosu - Saytın adı da dəyişdi - FOTOLAR

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni loqosu və rəsmi internet səhifəsi (www sosial.gov.az) təqdim. edilib.

Tədbirdə bildirilib ki, nazirliyin rəsmi internet saytının adı dəyişdirilib. Artıq vətəndaşlar sosial.gov.az saytına girməklə nazirliyin fəaliyyəti ilə tanış ola bilərlər.

Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elm-təhsil təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin sədri Ülvi Mehdiyev və başqaları təqdimatla bağlı fikirlərini bölüşüblər.

 Sayt Xüsusi Dövlət Mühafizə Xidmətinin auditinə verilib. Yaxın günlərdə istifadəyə veriləcək.

Gültən Qədirli-faktor.az

1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi