Abel Məhərrəmovun milyonluq müklərinin SİYAHISI

Hit: 2395
Abel Məhərrəmovun milyonluq müklərinin SİYAHISI
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.
 
Faktor.az 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovun dəyəri milyonlarla ölçülən Azərbaycandakı mülkləri ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, eks rektorun təkcə Bakıda yaşaması üçün tikdirdiyi villaların sayı 6, külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq saraylarının sayı 2-dən çoxdur.
 
Binəqədidə Varovski deyilən ərazidə iki villası;
 
Quba rayonunda – 1 villası;
 
Xızı rayonunda – 1 villası;
 
Nabranda – 1 villası;
 
Şüvəlan qəsəbəsində – 1 villası;
 
Mərdəkan qəsəbəsində – 1 villası;
 
Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində - 1 villası;
 
Nərimanov rayonunda yerləşən – "Monaliza” şadlıq sarayı;
 
8 mikrorayonda restoranı. 
 
Bununla belə paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.(Unikal.org )








Redaktorun seçimi