“Lider” TV-də yeni təyinat

Hit: 866
“Lider” TV-də yeni təyinat

"Lider” televiziyasının xəbərlər departamentinə yeni rəhbər təyin olunub.

Unikal.org  xəbər verir ki, bu posta uzun illərdir televiziya sahəsində çalışan Aynur Vəliqızı gətirilib.

Bu təyinata qədər A.Vəliqızı "Lider Xəbər" Departamentinin Sosial və Mədəniyyət redaksiyasının rəisi vəzifəsində  çalışıb.

A. Vəliqızına qədər həmin vəzifəni tutan Anar Şükürov isə başqa televiziyada vəzifə aldığı üçün  öz ərizəsi ilə işdən çıxıb.









Redaktorun seçimi