Xətai rayonuna içməli su verilşində yaranmış fasilənin səbəbi məlum olub

Hit: 350
Xətai rayonuna içməli su verilşində yaranmış fasilənin səbəbi məlum olub

Bu gün Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində yaranmış məhdudiyyətin səbəbi məlum olub.

Faktor.az "Report"a istinadən bildirir ki,  "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, buna "AzərSuTikinti" xəstəxanası yaxınlığında "+ 82 Şərq" su anbarı adlı ərazidən keçən su boru kəmərində sızmanın baş verməsi səbəb olub.

"Bu gün "AzərSuTikinti" xəstəxanası yaxınlığında, "+ 82 Şərq" su anbarı deyilən ərazidən keçən su boru kəmərində sızma baş verib. Axşam rejimində əhaliyə mümkün qədər su verildikdən sonra su verilişi yenidən dayandırılıb və indi təmir işləri yenidən davam etdirilir", - deyə A.Cəbrayıllı bildirib.

 

Bundan əvvəl Sabah Bakının Xətai rayonuna içməli suyun verilişinin yenidən məhdudlaşdırılacağı bildirilib.









Redaktorun seçimi