Övladımıza adı necə seçməliyik? - Sosioloqdan adlarla bağlı mövqe

Hit: 1104
Övladımıza adı necə seçməliyik? - Sosioloqdan adlarla bağlı mövqe

Son vaxtlar övladlarına qəribə, yaxud da köhnə, qulağa heç də xoş gəlməyən adların qoyulması halları artıb. Bəziləri bunu fərqinə varmadan edir, bəzilərisə öz babalarının, nənələrinin adlarını qoymaq istəyirlər. Bir növ adət halını almış bu vəziyyətdən isə əksər hallarda indi seçim etmək imkanı olmayan körpələr bütün ömürləri boyu əziyyət çəkirlər. 

Bəs ad seçimini necə etməliyik? 

Sosioloq Aslan Abbaszadə bildirir ki, bəzən deyirlər, adı boş verin, əsas xasiyyətidi, bəxtidi. Amma bu, düzgün yanaşma deyil:

“Uşağa ad verəndə mütləq onun yaddaqalanlığı, fərqliliyi nəzərə alınmalıdı. Bu onların gələcək iş həyatına belə təsir edə bilir. Fikir verin, götürək bir yazıçını. Qeyri-adi təxəllüsü varsa, daha tez yadda qalır.

Bizdə təəssüf ki, bir sıra ailələrdə adqoyma prosesinə, az qala bütün nəsil müdaxilə edir. Belə məqamlarda ad seçmək daha da çətinləşir və bəzən nənə, baba, xala, bibi elə adlar təklif edirlər ki, onu körpəyə vermək, gələcəkdə uşağı gülüş obyektinə çevirə bilər. Romalılar deyirdilər ki, "Nomen est Omen" - "Ad taledir". Son zamanlarda adqoyma məsələsinə çox dırnaqarası yanaşılır. Bu isə gələcəkdə uşaqların adlarından utanmalarına , həmçinin sonralar onların özünəqapanma hadisəsinin çoxalmasına səbəb olur. Bu düzgün deyil. Ad seçərkən yüz ölçüb bir biçmək , uşağın gələcəyini də düşünmək lazımdır. Belə baxıram, son zamanlar adlarını dəyişdirmək üçün müraciət edən gənclərimiz də çoxalıb. Belə halların baş verməməsi üçün adqoymada atdığımız hər addıma diqqət etməli, özümüzdən sonrasını da düşünməliyik. Çünki onların gələcəyi bizim üçün önəmlidir, sağlam yetişən gənclik parlaq gələcək üçün ümid mənbəyidir.

Faktor.az 









Redaktorun seçimi