Türkiyədə təhsil adıyla gəncləri belə aldatdılar... - FOTOLAR

Hit: 1516
Türkiyədə təhsil adıyla gəncləri belə aldatdılar... - FOTOLAR

Hər il yüzlərlə gənc təhsil almaq üçün qardaş Türkiyəyə üz tutur. Universitetə qəbul olmaq üçün müxtəlif kurslara gedir, müqavilə imzalayır və həmin müqaviləyə əsasən Türkiyəyə təhsil almağa gedirlər. Amma bu kursların hamısı verdikləri vədlərə əməl eləmirlər. Saytımıza daxil olan bir şikayətə əsasən belə kurslardan biri fırıldaq edərək, gəncləri aldadıb.

Faktor.az xəbər verir ki, bu haqda məlumatı Hacıyev Aydın Pərviz Oğlu verib. Şikayətçinin şikayətini olduğu kimi təqdim edirik:

"Türkiyədə təhsil almaq istəyən bir qrup tələbə dələduzluğun qurbanı olub. 10 avqust 2018-ci il tarixdə "Elit Academy" şirkətinə, Türkiyədə təhsil almaq üçün müraciət etdim. İstədiyim 4-5 dənə alternativ universitetlər var idi, onları bölüşdüm. Şirkətdə onların birinə tam qəbul olmağıma zəmanət verdi. Nə zaman qəbul gələcəyini soruşduqda, "Ən maksimum, avqustun sonu qəbulun cavabı gələcək.". Gözlədim, zaman gəldi yetişdi avqustun 30-u mesaj yazdım, dedilər Aydın bəy, cavablar təxirə salındı, ayın 10-u gələcək. Sentyabrın 10-u oldu, dedilər, sentyabrın 21-23 tarixdə 100% bəlli olacaq. Yenə də səbr etdim gözlədim, 21 23 oldu, yenə də uzatdılar. Nəhayət ayın 26-ı bütün namizədlərə zəng etdilər ki, təcili olaraq getməlisiz, 28-i orda qeydiyyatdan keçməlisiniz. Mən də gəldim ofisə qəbul məktəbunu tələb etdim onlardan ki, gedib onunla orda qeydiyyat olaq. Onlar dedi biz məktub ilə deyil, guya əməkdaşlığımız var, universitetə çatan kimi qeydiyyat olacaqsız. Artıq burda işin gedişatını təxmin etdim anladım ki, bu adamlar bizi dolayırlar. Çıxmaq üzrə olanda bütün tələbələrdən tələb etdilər ki, gəlin müqaviliyə xitam verin ( yəni artıq sizinlə sənəd üzərində sağollaşaq imza atın ki, iş burda bitdi). Əlbəttə ki, mən digərlərindən fərqli olaraq sənədə xitam vermədim və mənə etiraz etdilər. Cavabında onlara dedim mən qeydiyyatdan keçməmiş sənədə heç vaxt xitam verməyəcəm. Onlar qarışılıq olaraq mənə yüksək səs tonu ilə "Necə yəni, bu qədər adamı biz yalandan ora göndəririk?" Mən isə cavabında: "Bu qədər adamı göndərməyiniz heç nəyi dəyişmir, mən xitamı qeydiyyat keçəndən sonra verəcəm." Təbii ki, baxmayaraq, qəbul məktubu gəlməmişdi, mən məcbur olaraq "Palaza bürün, ellə sürün", prinsipi ilə hamıya qoşularaq getdim ona görə ki, bu gün öz hüquqlarimi tələb edib, əks halda bunu edə bilməzdim. Yəni, son olaraq bu işin axırına gedim və sonucları görək. Gedəndə adamlar bizə köməkçi olmaq məqsədi ilə guya ki, avtobus tutublar qiyməti 150$ (255 AZN) halbuki, normalda avtobusun qiyməti 100 AZN İstanbula oradan da Çanakkale şəhərinə 25 AZN təşkil edir. Mən özüm avtobusla getdim onlara artıq verəsi pulum yox idi. Hə, birdə onu qeyd edim ki, bəzi uşaqlardan son anda 200$ pul istəyiblər ona görə ki, "Çanakkale yaxşı universitetdir və sizi ora aparırıq", halbuki rəsmi müqavilədə imzalanan və onun müqabilində ödənilən pula görə onsuz da bizi ora 100 faiz garanti olaraq yerləşdirməli idilər. Yəni, leqal şəkildə rüşvət alıblar, uşaqlardan. Uzun sözün qısası, gəldik Çanakkaleye 28-i qeydiyyat dedilər, qaldı 31-nə. Bu minvalla orda 20 gün gözlədik 40 tələbə 8-9 valideyn və sonunda universitetə qəbul alınmadı. Əksəriyyət uşaqlar məktəb məzunları idi və əsgərlik vaxtları çatmışdı. Məcbur olaraq getdilər Kastomunu universitetinə. Təbii olaraq bizim istədiyimiz universitetlə müqayisədə çox keyfiyyətsiz universitetdir, o üzdən yerdə qalan tələbələr Azərbaycana döndü. Hələ bu şirkətin məsul şəxsləri orda olduğumuz müddətdə bizimlə yüksək səs tonu ilə danışması, şəxsən məni ölüm ilə təhdid etməsi, valideynlərə (qadınların) üstünə qışqırması nə deməkdir? Yəni, adamlar bizdən üzr istəmək əvəzinə bizi günahkar çıxarmaları bizim heysiyyatımıza toxunmaqdır. Azərbaycana qayıdan valideynlər, tələbələr şirkətə uzun-müddətli zaman verdi (15-20 gün). Bizim müqavilə əsasında onlara verdiyimiz ödənişi və o olduğumuz şəhərdə izafi xərclərimizi geri qaytarsınlar. Adamlar adətləri olaraq yenə gözlətdlər və nəhayət sonunda biz tükənib üzümüzü tutduq Prezident aparatına,Nəsimi rayonun Baş Polis idarəsinə və Prokurorluğuna, öz şikayətlərimizi bildirdik 15 nəfər. Son olaraq bunu demək istəyirəm, çox acınacaqlı vəziyyətdir şirkətin məsul şəxslərinin bu qədər tələbənin heysiyyatı ilə oynamaq, arzuların, ümidlərin alt-üst etmək, ciddiyə almamaq. Bu şirkətin rəhbəri, satış təmsilçiləri öz işlərindən anlayışı yoxdur, buna əminliklə deyirəm. Satış təmsilçisi mənə deyir ki, Çanakkale (18 mart) universiteti dünya sıralamasında 10-cu yərdədir. Bu insanlardan nə gözləyəsən? Bu məsələni ictimailəşdirməkdə, işıqlandırmaqda məqsədim həm də dəyən maddi və mənəvi ziyanın ödənilməsi, bu hadisəyə hüquqi qiymət verilməsini və növbəti illərdə universitet oxumaq istəyən tələbələr bu cür keyfiyyətsiz, insanın hissləri oynayan şirkətlərə müraciət etməsinlər və ümumiyyətlə bu cür şirkət fəaliyyəti dayandırılsın."

Firuzə Firdevs // Faktor.az









Redaktorun seçimi