Sabah Bakıda 15 dərəcə isti olacaq

Hit: 295
Sabah Bakıda 15 dərəcə isti olacaq

Noyabrın 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Bu barədə Faktor.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  3-8 dərəcə  isti  təşkil edəcək. 









Redaktorun seçimi