"Televiziyalar daha da ucuz yayıma üstünlük vercək" - Elçin Əlibəyli

Hit: 554
"Televiziyalar daha da ucuz yayıma üstünlük vercək" - Elçin Əlibəyli

Azərbaycan telekanallarında yayımlanan proqramlar, filmlər və s. haqqında günümüzdə bir çox mübahisəli fikirlər var. 

Keyfiyyət baxımından dəyişilmə və reklamların TV-lərimizdə hansı rolu oynadığı ilə bağlı televiziya eksperti, alim Elçin Əlibəyli maraqlı fikirlər səsləndirib:

"TV kanalların 2015-ci il toplam reklam dövriyyəsi 39-40 milyon manat arasında dəyişib. 2015-ci ildə tv-lərimizdə toplam 900-ə yaxın şirkətin və ya xidmətin 2000-ə yaxın məhsulunun tv reklamı verilib. 2018-ci ildə isə dövriyənin həcmi cəmi 23 milyon təşkil edib.

2015-ci ildə olan göstərici dolların kursu dəyişilməmiş nəzərə alınmışdır. İndiki rəqəm o qədər gülməlidir ki, bu tv-lərin işini iflicə gətirib çıxarıb. Bu rəqəm Gürcüstanla belə, müqayisə oluna bilməz. Yerli sahibkarların reklam bazarına cəlb olunması və transmilli şirkətlərin büdcələrinin artırılması üçün kompleks tədbirlər görülməsə televiziyaların vəziyyəti daha da pisləşəcək və ucuz yayımlara üstünlük veriləcək. Bizi bu sahədə böyük təhlükə gözləyir".

Faktor.az









Redaktorun seçimi