Təhsil Şurasının yığıncağı keçiriləcək

Hit: 271
Təhsil Şurasının yığıncağı keçiriləcək

17 noyabr 2018-ci il tarixdə, saat 11:00-da Azərbaycan Təhsil Şurasının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir. 

Ümumi yığıncaq Bakı Dövlət Universitetində olacaq (Yeni tədris binası, 1-ci mərtəbə, akt zalı). Ümumi Yığıncaqda Təhsil Şurasının 5 il ərzindəki fəaliyyəti müzakirə olunacaq, Nəzarət Təftiş Komissiyasının hesabatı dinləniləcək, eləcə də qarşıdakı beş il müddətinə TŞ-nin yeni tərkibi seçiləcək, qarşıdakı beş ildə görüləcək işlər müəyyənləşdiriləcək.

Azərbaycan Təhsil Şurasının üzvü olan, eləcə də iştirak etmək istəyən bütün müəllimlər və təhsil işçiləri dəvətlidir.









Redaktorun seçimi