“Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu” - ŞƏRH

146 dəfə oxunub
“Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu” - ŞƏRH

Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu.

Faktor.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının (KTMT) növbəti sammitinin nəticələrini şərh edərkən deyib.

“Noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının növbəti sammitinə çoxlarının diqqəti yönəlmişdi. Gündəlikdə bir sıra məsələlərlə yanaşı təşkliatın boşalan baş katib vəzifəsinə seçkilər də nəzərdə tutulmuşdu. Vəzifəni rotasiya ilə Ermənistan nümayəndəsi Yuri Xaçaturov tuturdu. Ancaq öz ölkəsində onun adı ağır cinayətlərdə keçdiyinə görə təşkliat onu vəzifəsindən vaxtından əvvəl azad etməli oldu. Ermənistan onun rotasiya müddətinə düşən və istifadə edilməmiş bir il müddətinə öz nümayəndəsini seçməyi təklif edirdi. Ancaq sammit başqa qərarə gəldi. Ermənistanın bütün səylərinə baxmayaraq növbəti erməni generalı baş katib ola bilmədi. Məslənin həlli sonraya saxlanılsa da əsas motiv bir ilə yeni baş katibin layiqincə işləyə bilməməsi oldu”, - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, Ermənistan beş müttəfiq dövləti öz arqumentinə inandıra bilmədi:

“Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı. Olay göstərdi ki, Ermənistanın beynəlxaql təşkliatlarda nüfuzu aşağıdır, onun prinsipial xətti ümumi maraqların əksinə gedir. Bu belə də olmalı idi. Əsas məsələ cinayətkar hakimiyyəti dəyişməkdən başqa, həm də onun siyasi xəttini dəyişməkdir. Ermənistan isə bunu etməyə çəkinir. Deməli, Ermənistanın ümummilli böhranı daha da dərinləşəcəkdir”.

 



Redaktorun seçimi