Rusiya hökuməti ermənilərə "Dağlıq Qarabağ Respublikası" doğumlu saxta sürücülük vəsiqəsi verdi - Rəsmi Moskvadan KOBUD HÖRMƏTSİZLİK

Hit: 935
Rusiya hökuməti ermənilərə "Dağlıq Qarabağ Respublikası" doğumlu saxta sürücülük vəsiqəsi verdi - Rəsmi Moskvadan KOBUD HÖRMƏTSİZLİK
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanın ərazi bütövlüyünə qarşı kobud hörmətsizlik və səhvlərə yol verir.

Faktor.az xəbər verir ki, Rusiya DİN-nin sürücülük vəsiqələri verən müvafiq dövlət orqanı milliyətcə erməni olan vətəndaşlara sürücülük vəsiqəsi verən zaman sözügedən sənəddə doğum yeri kimi "Dağlıq Qarabağ Respublikası" adını qeyd edir. 

Bundan sonra da ermənilər həmin sənədləri əllərində əsas kimi göstərərək, özlərini dünyaya "müstəqil Respublika vətəndaşı" kimi təqdim etməyə çalışırlar.  

Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı bir neçə diaspor təşkilatları Moskva hökumətinə müraciət etsə də, ancaq məsələ hələ də həllini tapmayıb. 

 

 









Redaktorun seçimi