Badamdardakı sürüşmə sahəsində gərginlik qalır

Hit: 377
Badamdardakı sürüşmə sahəsində gərginlik qalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Faktor.az xəbər verir ki, qərargahdan Milli.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə nisbi gərginlik qalmaqdadır.

Sürüşmə kütləsi üzərində ara-sıra kütlə üzərində asılı süxur qırıntıları yamac boyu aşağıya doğru hərəkət edir. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.









Redaktorun seçimi