Bakının ən təhlükəli əraziləri açıqlandı - Diqqət!

Hit: 851
Bakının ən təhlükəli əraziləri açıqlandı - Diqqət!

Bakının doqquz ərazisində hazırda sürüşmə riski var.

Faktor.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun (AMEA) aparıcı elmi işçisi Starə TarixAzər deyib.

"Ölkə ərazisində yaz və payızda yağan yağışların çox olması səbəbi ilə sürüşmələr aktivləşir. Bayıl yamacı, Buxta, Badamdar, Bibiheybət, Masazır, Yeni Günəşli, Əhmədli, Bayıl, Zığ yolunda sürüşmə aktivdir və fəallaşma davam edir", - alim qeyd edib.

Starə TarixAzər qeyd edib ki, hazırda Zığ yolunda yerləşən 100-dən çox bina aktiv zonada yerləşir.









Redaktorun seçimi