Goranboy rayonunda silsilə tədbirlər davam edir - FOTOLAR

Hit: 1721
Goranboy rayonunda silsilə tədbirlər davam edir - FOTOLAR

“Hərbi Vətənpərvərlik Məktəbi” – Qələbəyə gedən yol məktəbdən başlayır – təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi, sosial-psixoloji maarifçiliyin həyata keçirilməsi uğurla tətbiq olunmaqdadır.

Eyni adlı layihənin qalibi olmuş Göranboy rayon Səfikürd kənd tam orta məktəbində icra prosesinə başlayan layihənin gedişatında 200-dən artıq şagird təşkil olunmuş “Vətənə Sədaqət Andı” adlı ESSE müsabiqəsində iştirak etmişlər. Bundan əlavə məktəbyanı sahədə layihənin maliyyə dəstəyi ilə hazırlanmış hərbi – idman kompleks qurğularından yararlanmaqla təşkil olunmuş “Hərbi – İdman Oyunları” turnirinin 1-ci mərhələsinə də yekun vurulmuşdur.

Qeyd olunan tədbirlərdə Rayon təhsil xadimləri, Goranboy rayon İdman İdarəsinin rəhbərliyi,kənd icra nümayəndəliyi, Layihənin rəsmi tərəfdaşları, UNİSEF-in nümayəndələri və bir sıra media nümayəndələri iştirak etmişlər.

Hazırda layihənin icra müddətinə və prosedur qaydalarına uyğun olaraq layihəyə cəlb edilmiş fəal və qabaqcıl pedaqoji heyyətin məzmun istiqamətində təlimlərdə iştirakı həyata keçirilir. Təlimdə iştirak edən müəllim kollektivi təlimin sonunda “Hərbi Vətənpərvərlik Məktəbi” mövzusunda ESSE və nümunəvi açıq dərs təqdimatı hazırlayacaqlar. Yekunda bu ESSE-lərdən ibarət metodiki tövsiyyə xarakterli əyani vəsaitin hazırlanması nəzərdə tutulur.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş bu layihə ümumtəhsil müəsisələrində vətənpərlik və mənəvi iradi xüsusiyyətlərin formalaşdırılması ilə tərbiyəvi əhəmiyyətliliyinə görə digər təhsil müəssisələrinə örnək ideyaların formalaşmasına, vətənə və dövlətə sevgi hisslərinin aşılanmasına, prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf konsepsiyasına sadiq vətəndaş yetişdirilməsinə xidmət edir. Bu istiqamətdə region və rayon müəllimlərinin təlimlərə cəlb edilməsi, maarifləndirilməsi, müəllim və şagirdlərarası müsabiqələrin;  maarifləndirici tədbirlərin təşkili, inteqrativ təlimlərin təşkili layihənin əsas prioritet hədəflərindən hesab edilir. Hərbi vətənpərlik oyunlarının və idman yarışlarının keçirilməsi də, layihənin tərkib hissələrinə daxildir.

15 Oktyabr tarixində Borsunlu kənd tam orta məktəbində cənab Prezidentimiz İlham Əliyevin respublikamıza rəhbərlik etməsinin 15 illiyi ilə əlaqədar seminar-konfrans təşkil olundu. Konfransda ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli İslahatların dövlətimizə faydaları, cəmiyyətimizin inkiafına səmərəsi, böyüyən nəslin daha zəngin təfəkkürə malik formada yetişməsi məruzəçilər tərəfindən xüsusilə qeyd olundu.

 Səfikürd kənd tam orta məktəbində 18 Oktyabr müstəqillik günü ilə bağlı təşkil olunmuş  tədbirdə layhənin rəsmi tərəfdaşlarından olan “Peşəkar İnkişaf Mərkəzi”nin nümayəndələri, media qrumları və başqa qonaqlar iştirak edərək 27 illik müstəqillik tariximizin bundan sonrakı inkişaf dönəmində İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasətin uğurundan və uğurlu nəticələrindən söz açıldı.

Layihə çərçivəsində öyrədici-innovativ mərhələnin fəaliyyət planına uyğun həyata keçirilən tədbirin təşkilində müəllim, valideyin və şagird əməkdaşlığı yüksək nəticəliliklə müşahidə olunub. Bu isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi uğurlu inkişaf proqramlarının regionlarda səmərəli tətbiqinin bariz nümunəsi kimi digər qonşu dövlətlərə də nümunə ola biləcək addımdır.

Goranboy rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədovun layihənin icrasına bütün rayon təhsil xadimlərinin dəstəyini vurğulaması görülən işə müsbət münasibətin təzahürü olduğunun nümayişidir. Şagirdlər tərəfindən hazırlanmış “Vətənə Sədaqət Andı” adlı ESSE-lərdən ibarət kitab antalogiyanın elmi redaktoru və ön sözün müəllifi Səxavət müəllim layihənin icra proseduruna uyğun olaraq qeyd edib ki, yaxın günlərdə artıq kitab işıq üzü görəcəkdir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir.

 
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi