İran Qarabağ əleyhinə qərar verdi – Deputatdan sərt reaksiya – AÇIQLAMA - FOTOLAR

Hit: 362
İran Qarabağ əleyhinə qərar verdi – Deputatdan sərt reaksiya – AÇIQLAMA - FOTOLAR

13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir" adlı beynəlxalq konfrans ləğv edilib.

Buna səbəb Ermənistan Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın cəhdləri olub.  Belə ki, konfransın baş tutacağını öyrənən Ermənistan tərəfi İranın dövlət rəhbərliyi ilə dərhal təmasa keçib və narahatlığını ifadə edib. Bundan sonra İran rəhbərliyi konfransın ləğv ediləcəyi açıqlayıb. Konfransda Rusiya, Gürcüstan və Livandan olan bəzi islam təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdu.

İranla Azərbaycan arasında yüksək iqtisadi-siyasi əməkdaşlıq mövcuddur. Əlbəttə ki, Rəsmi Tehranın xalqımızın həssas yanaşdığı Qarabağ müvzusundə belə bir qərar verməsi təəssüf doğurmaya bilməz. Həmçinin, İran rəsmiləri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.

İranın bu qərarını İslam prinsiplərinə zidd adlandıran millət vəkili Fazil Mustafa deyib ki, rəsmi Tehran dəfələrlə Ermənistanla həmrəylik nümayiş etdirib:  “İran Azərbaycanla qonşu və müsəlman ölkə kimi daha yaxın əməkdaşlıq etmək istəyirsə, bu siyasətdən mütləq uzaqlaşmalıdır. Bu  fikirlər Azərbaycanın siyasi sferasında dəfərlərlə səsləndirilib. Çünki İranın Azərbaycanla bağlı apardığı siyasət İslam prinsiplərinə tamamilə ziddir. Müsəlman qardaşlarının torpaqlarını işğal edən qüvvələrlə həmrəy olmaq yaxşı hal deyil.  Xüsusilə, İran Qarabağ məsələsində  “Biz Azərbaycanın ərazi bütövlüyünü səmimiyyətlə dəstəkləyirik”, -deyə bəyanatlar verib. Əgər elədirsə, icazə verin,  konfrans da keçirilsin,  fikirlər də səsləndirilsin. Burada İran dövləti üçün təhlükəli nə ola bilər ki? Konfransın ləğv edilməsi nə demokratiyaya, nə də ki, müsəlmanlığa uyğul olmayan davranışdır”.

Fazil Mustafa bildirik ki, İran bu siyasətdən əl çəkməlidir: “İran, gerçək səmimi İslam prinsiplərinə uyğun dövlət olduğunu iddia edirsə, müsəlman qardaşlarına qarşı həssaslığını ortaya qoymalıdır”,– deyə siyasətçi bildirib.

Millət vəkili, İranın bu qərarının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, İran “Qarabağ İslam bölgəsidir" adlı beynəlxalq konfransı ləğv etməklə Ermənistana daha çox dəyər verdiyini göstərir:

“İran düşünür ki, Ermənistan onun üçün daha vacib və dəyərli dövlətdir. Çünki Ermənistan vasitəsi ilə müəyyən dərəcədə xristiyan ölkələri ilə daha yaxından əlaqə qurduğunu düşünür. İran istəyir ki, erməni lobbisi ilə də yaxından əməkdaşlıq etsin. Çünki erməni lobbisi ABŞ, Fransa və digər Avropa ölkələrində İranın xeyirinə fəaliyyət göstərə bilər”.

Qeyd edək ki, "Qarabağ İslam bölgəsidir" adlı konfransın məqsədi dünyadakı bütün azərbaycanlıları Qarabağın azad edilməsi üçün bir araya toplamaq, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həll prosesində İslam ölkələrinin iştirakını və dəstəyini almaq idi.

1








Redaktorun seçimi