İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 15 il ötür

Hit: 3547
İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 15 il ötür

İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 15 il ötür

Bu gün İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 15 ili tamam olur.

Azadinform xəbər verir ki, 2003-cü il oktyabrın 15-də Heydər Əliyevin siyasi kursunun varisi İlham Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilib.

2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində də İlham Əliyev böyük əksəriyyətin səsini qazanaraq, ikinci müddətə Prezident seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində də seçkilərin qalibi olan İlham Əliyev daha 5 il müddətinə Azərbaycan Prezidenti postunda qalıb.

Növbəti prezident seçkiləri 2018-ci ilin aprel ayının 11-də keçirilib və bu dəfə də seçicilərin böyük səs çoxluğu ilə yenidən Prezident seçilib.

Faktor.az

 









Redaktorun seçimi