Kimlərə pulsuz maşın verilir? – Deputat açıqladı

Hit: 712
Kimlərə pulsuz maşın verilir? – Deputat açıqladı

Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır.

Faktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə qayğısını mütəmadi müşahidə edirik:

“Biz məscidlərin tikilib, yenidən təmir olunub, insanların istifadəsinə verilməsində, o cümlədən dini mərasimlərdə cənab Prezidentin iştirakında və qeydiyyatdan keçmiş dini icmalara nəqliyyat vasitələrinin verilməsində bunun şahid oluruq. Maşınların verilməsində müəyyən çaşqınlıq yaranır. Amma burada söhbət fərdlərdən getmir, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar və bu proses artıq başlayıb”.









Redaktorun seçimi